Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonu Qobu Park-2 yaşayış kompleksində vətəndaşlarla növbəti səyyar qəbul keçirilmişdir

14 mart 2025 | 09:01
Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Qaradağ rayonu Qobu Park-2 yaşayış kompleksində vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
14 mart 2025-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun Bakı şəhəri, Qaradağ rayonu Qobu Park-2 yaşayış kompleksində məskunlaşmış Xocavənd rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, aidiyyəti idarə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov öncə rayon sakinlərini salamlayaraq qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaradıb. Köçkünlük həyatı yaşadıqları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Bu sahədə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi strateji xətt məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətlənib və hazırda ardıcıllıqla həyata keçirilir. Başçı qeyd edib ki, hazırda qarşıda duran əsas hədəf işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərini həyata keçirmək, “Böyük Qayıdış” Dövlət Proqramının icrasını uğurla başa çatdırmaqdır. Eyvaz Hüseynov işğaldan azad olunmuş ərazilərdə bərpa və tikinti işlərinin sürətlə davam etdiyini və yaxın zamanlarda Xocavənd rayonu ərazisinə də sakinlərimizin köçürüləcəyinə əmin olduğunu bildirib.
Əhalini düşündürən problemlərin yerindəcə araşdırılması və həlli ilə bağlı operativ tədbirlərin görülməsi məqsədi ilə keçirilən görüşdə çıxış edən sakinlər ölkə başçısının həyata keçirdiyi islahatlar kursunu dəstəklədiklərini və müdafiə etdiklərini bildirdilər.
Keçidlər