Qaradağlı faciəsinin 32-ci ildönümünə həsr olunmuş bilik yarışı keçirilmişdir.
14 fevral 2024-cü il tarixdə Qaradağlı kənd tam orta məktəbində Qaradağlı faciəsinin otuz ikinci ildönümünə həsr edilmiş intellektual bilik yarışı keçirilib. Yarışda öncə torpaqlarımızın müdafiəsi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Daha sonra bilik yarışını giriş sözü ilə açan Xocavənd Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Nicat Şirinov Qaradağlı faciəsi haqqında iştirakçılara ətraflı məlumat verib. Nicat Şirinov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 44 günlük Vətən müharibəsində ordumuzun gücü ilə yazdığı tarix Azərbaycan xalqının misli görünməmiş qəhrəmanlıq salnaməsidir. Bu əlamətdar gün dövlətçilik ənənələri qədimlərə söykənən Azərbaycan xalqının birlik, şərəf, məğrurluq, qürur və ədalət bayramıdır, tariximizə qızıl hərflərlə yazılan dünya hərb elminə dair dərsliklərə düşən, ordumuzun qüdrətini bütün dünyaya tanıdan böyük hadisədir. Natiq 19 sentybar 2023-cü il tarixdə Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş lokal xarakterli antiterror əməliyyatları barədə danışaraq qeyd edib ki, cəmi 24 saat ərzində erməni separatçılığına son qoyan, xalqımızın və soydaşlarımızın uzun illər böyük həsrətlə gözlədiyi o gün yetişdi. Erməni separatçıları ağ bayraq qaldıraraq təslim oldular və ölkəmizin suverenliyi tam bərpa edildi. Sonra bilik yarış haqqında iştirakçılar məlumatlandırılıb və qaydalar izah olunub.Gərgin mübarizə şəraitində keçən bilik yarışının məqsədi uşaqların bilik və bacarlıqlarının artırılması, onlarda vətənə, millətə, dövlətə sədaqət hissinin aşılanmasından ibarət olmuşdur. Azərbaycan tarixinin, eləcə dəxalqımıza qarşı törədilmiş soyqırımılarının öyrənilməsi və təbliği, eyni zamanda gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, intellektual səviyyəsini, dünya görüşünü daha da artırılması istiqamətində təşkil edilmiş bilik yarışında rayon orta ümumtəhsil məktəblərindən hər birində 6 nəfər olmaqla 9 komanda üzrə 54 nəfər iştirakçı öz bilik və bacarıqlarını sınayıb. Gərgin və maraqlı bilik mübarizəsi şəraitində keçən yarışın sonunda birinci yerə Qaradağlı kənd tam orta məktəbinin “Zəfər” komandası layiq görülüb. Digər iştirakçı komandalar isə öz növbəsində ikinci və üçüncü yerləri bölüşüblər. Qalib komandalar diplomla mükafatlandırılmışdır.