Qaradağlı faciəsinin qurbanı Mirzəli Quliyevin nəşinin qalıqları 32 ildən sonra doğma kəndində torpağa tapşırılıb.
26 sentyabr 2024 | 11:53
Qaradağlı faciəsinin qurbanı Mirzəli Quliyevin nəşinin qalıqları 32 ildən sonra doğma kəndində torpağa tapşırılıb.
Xocavəndin Qaradağlı kəndidə ermənilərin törətdiyi faciə zamanı itkin düşmüş sayılan Quliyev Mirzəli Müslət oğlunun nəşinin qalıqları 32 ildən sonra doğma kəndində torpağa tapşırılıb.
Mirzəli Quliyev 1952-ci ildə Qaradağlı kəndində dünyaya göz açıb. Doğma kəndinin müdafiəsi zamanı sona qədər döyüşüb. Erməni hərbi birləşmələrinin kəndi işğal etdiyi zaman Mirzəli Quliyev də əsir götürülüb və onun taleyindən ötən müddətdə heç bir məlumat olmayıb. Torpaqlarımız işğaldan azad ediləndən sonra onun nəşinin qalıqları Ağdam-Xocavənd rayonlarının sərhədində aşkarlanaraq şəxsiyyəti dəqiqləşdirilib.
Şəhidin nəşi bu gün doğma kəndi Qaradağlıya gətirilib, vida mərasimi olub, cənazə namazı qılınıb, şəhidlərin ruhuna dualar oxunub.
Mirzəli Quliyevin nəşinin qalıqları Qaradağlı Şəhidlər xiyabanında dəfn edilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, kənd sakinləri iştirak ediblər.