Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağlı kənd tam orta ümumtəhsil məktəbində “Narkotikə yox deyək!” mövzusunda geniş maarifləndirici tədbir keçirilmişdir

14 noyabr 2025 | 11:26
“Narkomaniyaya yox deyək” sadəcə bir şüar deyil, gələcək naminə məsuliyyət çağırışıdır.
Xocavənd Rayon İcra Hakimiyyəti və Xocavənd Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Qaradağlı kənd tam orta məktəbində yuxarı sinif şagirdlərin iştirakı ilə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib .
Görüşdə bütün dünyanın ən ağrılı problemlərinə çevrilən və “ağ ölüm” adlandırılan narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı fəsadlar barədə məlumat verilib, bu bəlanın gənclərin həyatında yaratdığı problemlər, zərərli maddələrin geniş yayılmasının qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən aparılan qətiyyətli tədbirlərdən danışılıb.
Görüşdə şagirdlərə ölkəmizdə sabitliyin və asayişin təmin olunmasında polis əməkdaşlarının fədakar xidmətindən bəhs edilib,Daxili işlər orqanlarında xidmət etmək həvəsində olan şagirdlərə Polis Akademiyasının tarixi və Polis Akademiyasına kursant qəbulu qaydaları,eləcə də müdavimlər üçün yaradılan şərait,kitabxanalar ,labarotoriyalar haqqında geniş məlumatlar verilib.
Tədbir zamanı məktəbliləri maraqlandırılan suallar cavablandırılıb.
Keçidlər