"Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə" mövzusunda tədbir keçirilmişdir
06 noyabr 2026 | 14:43
Qərbi Azərbaycan İcmasının Füzuli və Xocavənd rayonları üzrə nümayəndələrinin təşkilatçılığı ilə "Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə" mövzusunda tədbir keçirilmişdir.
Hər bir xalqın tarixi onun torpağında ucalan abidələrin daş yaddaşına köçürülür. Bu gün məktəblilərimiz Qərbi Azərbaycanın — qədim oğuz yurdu olan İrəvanın, Göyçənin, Zəngəzurun, dastanlar diyarı Dərələyəzin tarixinə sadəcə kitablardan oxunan sətirlər kimi deyil, böyük bir qürur və məsuliyyət hissi ilə baxırlar. Məktəblilərin gözündə Qərbi Azərbaycanın abidələri sadəcə qədim daş tikililər deyil, bizim o torpaqlardakı silinməz imzamızdır. Məktəblilər üçün bu abidələr həm də bir ədalət harayıdır; zamanla dağıdılan, adı dəyişdirilən ata ocağı, müqəddəs pirlər və qədim qəbiristanlıqlar onların yaddaşında milli kimliyimizin qoruyucusu kimi canlanır. Bu gün məktəblilər Qərbi Azərbaycanın abidələrinə böyük bir vətənpərvərvərlik və qayıdış ümidi ilə baxırlar. Onların gözündə bu abidələr keçmişi bu günə bağlayan mənəvi körpüdür və gənclər bu körpünü ruhlarında yaşadaraq gələcəyə daşıyırlar.






