"Qəsəbəmiz təmiz qalsın” şüarı altında təmizlik aksiyası keçirildi
03 mart 2024 | 10:28
"Qəsəbəmiz təmiz qalsın” şüarı altında təmizlik aksiyası keçirildi.
Xocavənd Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə gənclər və
idman sektorunun təşkilatçılığı ilə 03 mart 2024-cü il tarixdə “İdman həftəsi” çərçivəsində gənc idmançıların və idmansevərlərin iştirakı ilə “Qəsəbəmiz təmiz qalsın” şüarı altında təmizlik aksiyası keçirildi. Xocavənd 500 ailəlik məcburi köçkün qəsəbəsində təşkil olunan sözügedən aksiyaya ümumilikdə 33 könüllü qoşulub. “Bədən tərbiyəsi və İdman günü”nə həsr olunan tədbirin əsas məqsədi qəsəbədə təmizliyə riayət olunmasını təbliğ etmək, insanların sıx olduğu ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və gəncləri ətraf mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.