Şriftin ölçüsü :

Saytın rəngi :

Qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın gücləndirilməsi məqsədilə rayon ərazisində fəaliyyət göstərən QHT və ictimai birliklərin nümayəndələri ilə müxtəlif mövzularda birgə tədbirlər keçirilmişdir.

04 dekabr 2025 | 15:38

Azərbaycan Respublikası Prezidentinin 04.04.2022-ci il tarixli, 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.1-ci bəndinin icrası ilə bağlı bildiririk ki, qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın gücləndirilməsi məqsədilə rayon ərazisində fəaliyyət göstərən QHT və ictimai birliklərin nümayəndələri ilə müxtəlif mövzularda birgə tədbirlər keçirilmişdir. Eyni zamanda, Xocavənd Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın kollegial iclaslarında QHT nümayəndələrinin iştirakı təmin edilmiş, qərarların qəbul edilməsi zamanı onların səsləndirdiyi rəy və təkliflər nəzərə alınmışdır. Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də birgə layihələrin icrası məqsədilə Xocavənd Rayon İcra Hakimiyyəti və “Mil Sosial və İqtisadi Sahələrdə Maarifləndirmə” İctimai Birliyi tərəfindən təlim təşkil edilmişdir.
Tədbiri giriş sözü ilə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Asim Rüstəm açmışdır.
Asim Rüstəm çıxışı zamanı mövzuların aktuallığını vurğulayaraq bildirmişdir ki, korrupsiya ilə mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu istiqamətdə sistemli maarifləndirmə işlərinin aparılması xüsusi əhəmiyyət kəsb edir. O, qeyd edib ki, dövlət qurumlarında şəffaflığın gücləndirilməsi, idarəetmədə hesabatlılıq mexanizmlərinin təkmilləşdirilməsi və korrupsiya risklərinin minimuma endirilməsi üçün hər bir əməkdaş üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməlidir.
Asim Rüstəm həmçinin etik davranış qaydaları mövzusuna toxunaraq bildirib ki, vətəndaşlara göstərilən xidmətlərdə obyektivlik, ədalətlilik, nəzakətlilik, qərəzsizlik və peşəkarlıq prinsiplərinə əməl olunması dövlət qulluqçusunun əsas davranış meyarlarıdır. O vurğulayıb ki, etik davranış mədəniyyəti yalnız qaydalar toplusu deyil, həm də dövlət qurumlarına olan ictimai etimadı formalaşdıran mühüm amildir. Bu səbəbdən əməkdaşlar gündəlik fəaliyyətlərində etik normalara əməl etməklə həm qurumun nüfuzunu qoruyur, həm də vətəndaş məmnunluğunun artmasına töhfə verirlər.
Tədbir çərçivəsində iştirakçılara korrupsiyaya qarşı mübarizə üzrə mövcud qanunvericilik, korrupsiya hüquqpozmalarının növləri, qarşısının alınması mexanizmləri, həmçinin dövlət qulluqçularının etik davranış kodeksi ilə bağlı ətraflı məlumatlar təqdim edilmişdir. Eyni zamanda korrupsiya risklərinin müəyyənləşdirilməsi, risklərin azaldılması yolları və etik dilemmlərin düzgün həlli üzrə praktiki nümunələr müzakirə olunmuşdur.
Sonda tədbirin dövlət təşkilatlarında şəffaflıq, məsuliyyət, peşəkarlıq və etik mədəniyyətin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd edilmişdir.

Keçidlər