Şriftin ölçüsü :

Saytın rəngi :

“Qlobal ətraf mühit problemləri” adlı dəyirmi masa keçirilmişdir.

05 aprel 2024 | 09:13
Uşaq Səfirlər Məclisinin növbəti layihəsi ilə bağlı "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində 5 aprel 2024-cü il tarixdə “Qlobal ətraf mühit problemləri” adlı dəyirmi masa keçirilmişdir.
Xocavənd Rayon İcra Hakimiyyəti və Uşaq Səfirlər Məclisinin Xocavənd rayon nümayəndələrinin birgə təşkilatçılığı ilə İcra Hakimiyyətinin akt zalında "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində “Qlobal ətraf mühit problemləri” adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, Uşaq Səfirlər Məclisinin Xocavənd rayon nümayəndəsi Teybə Tağıyeva, Uşaq Səfirlər Məclisinin fəal üzvləri iştirak etmişlər.
Dəyirmi masada öncə Teybə Tağıyeva mövzu ilə bağlı geniş təqdimatla çıxış etmiş, sonra çıxışlar və müzakirələrlə tədbir davam etmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Uşaq Səfirlər Məclisi/Child Ambassadors Council
Keçidlər