“Qlobal istiləşmə ” adlı tədbir keçirilmişdir.
14 may 2024 | 09:17
Uşaq Səfirlər Məclisinin növbəti layihəsi ilə bağlı "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində “Qlobal istiləşmə ” adlı tədbir keçirilmişdir.
14 may 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti və Uşaq Səfirlər Məclisinin Xocavənd rayon nümayəndəsinin birgə təşkilatçılığı ilə Qaradağlı kənd tam orta məktəbinin akt zalında "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində “Qlobal istiləşmə” adlı tədbir keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nicat Şirinov , Qaradağlı kənd tam orta məktəbinin direktoru Zülfiyyə Tahirova, Uşaq Səfirlər Məclisinin Xocavənd rayon nümayəndəsi Teybə Tağıyeva, Uşaq Səfirlər Məclisinin fəal üzvləri iştirak etmişlər.
Maarifləndirici tədbirdə öncə Teybə Tağıyeva mövzu ilə bağlı geniş təqdimatla çıxış etmiş, sonra çıxışlar və müzakirələrlə tədbir davam etmişdir.
Tədbirdə bildirilib ki, Qlobal istiləşmə, əsasən ,atmosferə buraxılan qazların səbəb olduğu düşünülən istixana effekti nəticəsində Yer kürəsində il boyu quruda, dənizdə və havada ölçülən orta temperaturun artmasına verilən addır.
Bu gün alimlər qlobal istiləşmə ilə bağlı həmfikirdirlər. Qlobal İqlim Dəyişikliyi (GCC) sənaye, kənd təsərrüfatı və enerji istehlakı kimi insan fəaliyyəti nəticəsində atmosferdə miqdarı və sıxlığı artan istixana qazlarının yaratdığı qlobal istiləşmə nəticəsində yaranan iqlim dəyişiklikləridir. Bu iqlim dəyişikliklərinə quraqlıq, səhralaşma, qeyri-sabitlik və yağıntılarda sapmalar, daşqınlar, tayfunlar, tufanlar, tornadolar və s. Meteoroloji hadisələrin artması kimi əlamətlərlə özünü göstərir.İqlim dəyişmələri hazırda dünyanı narahat edən başlıca problemlərdən hesab edilir. Bu məqsədlə dünyanın əksər ölkələri həmin problemlə mübarizə aparmağı başlıca prioritet kimi müəyyənləşdiriblər. Azərbaycan da qlobal səviyyədə iqlim dəyişmələrinə qarşı mübarizəyə dəstək göstərən dövlətlər sırasındadır. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə bu il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bundan başqa, respublikamız "yaşıl enerji"yə keçid prosesi sahəsində mühüm uğurlara imza atır. İstər regional səviyyədə, istərsə də beynəlxalq miqyasda baş tutan tədbirlərdə rəsmi Bakının iqlim dəyişmələri ilə mübarizəsi yüksək qiymətləndirilir.Dünyanın ən nüfuzlu tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu il ölkəmizdə keçiriləcək. COP29-un ölkəmizdə keçirilməsi barədə qərar qlobal aləmdə Azərbaycana olan etimadın növbəti təzahürüdür.