Şriftin ölçüsü :

Saytın rəngi :

"Qurtuluş Günü uşaqların gözü ilə" adlı dəyirmi masa keçirilib

12 iyun 2025 | 10:04
15 İyun Milli Qurtuluş Günü münasibətilə "Qurtuluş Günü uşaqların gözü ilə" adlı dəyirmi masa keçirilib
12 iyun 2025-ci il tarixdə 15 İyun Milli Qurtuluş Günü münasibətilə "Qurtuluş Günü uşaqların gözü ilə" adlı dəyirmi masa keçirilib. Xocavənd Rayon İcra Hakimiyyəti və Uşaq Səfirlər Məclisinin Xocavənd Rayon üzrə nümayəndəsi Namazlı Elmirin birgə təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin və Ulu öndərin xatirəsinin yad edilməsi ilə başlanmışdır.
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Quliyeva gənclərin maarifləndirilməsi və milli-mənəvi dəyərlərin aşılanması mövzularına toxunmuş, belə tədbirlərin uşaqların cəmiyyətə fəal inteqrasiyasında mühüm rol oynadığını qeyd etmişdir. O çıxışında Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası, onun ölkəni böhranlı vəziyyətdən çıxararaq sabitliyə və inkişafa apardığı yolu xüsusi vurğulamışdır.
Tədbirdə Uşaq Səfirlər Məclisinin nümayəndəsi Namazlı Elmir də çıxış edərək Milli Qurtuluş Gününün tariximizdəki əhəmiyyətindən danışmış, ümummilli lider Heydər Əliyevin gənclərə verdiyi dəyərdən bəhs etmiş və bu kimi təşəbbüslərin gənclərin inkişafında mühüm rol oynadığını diqqətə çatdırmışdır.
Tədbir gənc nəslin formalaşmasında, ictimai fəallığın artırılmasında və milli şüurun gücləndirilməsində mühüm əhəmiyyət daşıyan təşəbbüslərdən biri kimi qiymətləndirilmişdir.
Keçidlər