Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirilmişdir

03 iyul 2024 | 17:28
  03 iyul 2024-cü il tarixdə 320 ailəlik Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, aidiyyəti idarə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2003-cü ildən bu günə kimi bütün sahələrdə ölkəmizi layiqincə və qürurla təmsil edərək ölkəmizi regionun lider dövlətinə çevirmiş və dünyada sayılıb-seçilən dövlətlər arasında nüfuzunun artması üçün bütün gərgin əməyini sərf etmişdir. Başçı qeyd edib ki, Azərbaycan xalqı 30 il ərzində qələbəni, torpaqlarımızı düşmən işğalından azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyirdi. Bu müddət ərzində həm Ulu Öndərin hakimiyyəti illərində, həm də Prezident İlham Əliyevin rəhbərliyi dövründə atılmış hər bir addım, qəbul olunmuş hər bir qərar torpaqlarımızın düşmən işğalından azad olunmasına xidmət edib. Vətən müharibəsində qazanılmış Zəfər mükəmməl ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir. Ordunu dövlətin dayağı, xalqın güvən yeri, qürur mənbəyi adlandıran Ulu Öndər Azərbaycan Ordusunun yaradıcısı olmuş, Silahlı Qüvvələrimizi dövlət müstəqilliyinin dəyərli reallıqlarından birinə çevirmişdir. Natiq Azərbaycan Ordusunun inkişafını, müasirləşdirilməsini, döyüş qabiliyyətinin artırılmasını Prezident İlham Əliyevin rəhbərliyi illərində də uğurla davam etdirildiyini, ordu quruculuğunun dövlət quruculuğunun əsas istiqamətlərindən birinə çevrildiyini bir daha vurğulayıb. Eyvaz Hüseynov bildirib ki, məhz ordu quruculuğu sahəsindəki bu əzmkar fəaliyyət 44 günlük Vətən müharibəsindəki qələbəmizin təməlini təşkil etdi. İşğal altında olan torpaqlarımızı "dəmir yumruq"la azad edən Ali Baş Komandan indi dəmir iradə ilə qədim yurdumuzu həm yenidən qurur, həm də sülh danışıqlarında Azərbaycanın qətiyyətli mövqeyini, milli maraqlarını müdafiə edən prinsipiallıq nümayiş etdirir. Azərbaycanın yalnız öz gücünə, heç kimdən maliyyə yardımı almadan Qarabağ və Şərqi Zəngəzuru yenidən qurması ölkənin iqtisadi qüdrətinin göstəricisi, Prezident İlham Əliyevin sülh danışıqlarında sərgilədiyi mövqeyi isə qətiyyətin təntənəsi adlandırmaq olar.
 Daha sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib. Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.
Keçidlər