Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.

16 iyun 2022 | 16:41
   16 iyun 2022-ci il tarixdə 500 ailəlik Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
   16 iyun 2022-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış 500 ailəlik Xocavənd qəsəbəsi rayon Mədəniyyət evində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir. Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, başçının müavinləri, hüquq mühafizə orqanları və aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov öncə 15 iyun Milli Qurtuluş Qünü münasibətilə rayon sakinlərini təbrik etmiş və bu bayramın tarixi əhəmiyyətindən söz açmışdır. Başçı 1990-cı illərin əvvələrində ölkəmizdə baş verən siyasi-iqtisadi proseslər barədə iştirakçılara geniş məlumat verərək, xalqımızın xilasgarı Ümummili lider Heydər Əliyevin Azərbaycan xalqı, eyni zamanda dövləti qarşısında misilsiz xidmətlərindən bəhs etmişdir.
  Eyvaz Hüseynov Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə 2020-ci ilin sentyabrında başlanmış 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin şücaəti nəticəsində düşmən üzərində qazanılmış tarixi qələbədən söz açamışdır. Başçı 44 günlük Vətən müharibəsi zamanı qələbənin qazanılmasında qardaş Türkiyə dövlətinin böyük dəstəyindən bəhs edərək, ötən ilin məhs 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan və Türkiyə respublikaları arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış Bəyannamənin tarixi əhəmiyyətindən danışmışdır.
   Daha sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib. Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib. Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər