Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov növbəti səyyar qəbulunu Nərimanov rayonunda məskunlaşan rayon sakinləri ilə keçirib
04 aprel 2025 | 09:05
Aprelin 4-də Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov növbəti səyyar qəbulunu Nərimanov rayonunda məskunlaşan rayon sakinləri ilə keçirib.Qəbul zamanı sakinlərin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.