Rayon Mərkəzi Xəstəxanasında Səhiyyə işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilmişdir.
17 iyun 2022 | 09:31
17 iyun 2022-ci il tarixdə Rayon Mərkəzi Xəstəxanasında Səhiyyə işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısınınn müavini Əfsanə Quliyev, YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Kifayət Hacıyeva və səhiyyə işçiləri iştirak ediblər. Tədbiri giriş nitqi ilə açan direktor Kifayət Hacıyeva bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alınaraq hər il iyunun 17-si Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Kifayət Hacıyeva həmçinin bildirb ki, son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər respublikamızda bu sahənin dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir.
Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva səhiyyə işçilərini əlamətdar gün münasibətilə təbrik etmiş, onlara bu çətin, şərəfli və nəcib işlərində uğurlar arzulamışdır. Əfsanə Quliyeva çıxışında respublikamızda həyata keçirilən səhiyyə-tibb islahatlarından, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğısından, rayonda əhaliyə göstərilən tibb xidmətinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs etmişdir. Həkimlərin fədakarlığından da danışan Əfsanə Quliyeva vurğulayıb ki, yeni növ koronavirus (COVID-19) pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə tibb işçiləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq nümunəsi göstəriblər. Çıxışının sonunda bir daha tibb işçilərini təbrik edərək, onlara gələcək işlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov da tibb işçilərini təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. Sonda fəal tibb işçilərinə mükafatlar təqdim olunub, eyni zamanda YAP sıralarına qəbul olunan tibb işçiləriə vəsiqələr təqdim olunub.