Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Xocavənd qəsəbəsində məskunlaşan rayon sakinlərinin müraciətlərini dinləyib

04 iyun 2025 | 09:10
Rayon rəhbəri Xocavənd qəsəbəsində məskunlaşan rayon sakinlərinin müraciətlərini dinləyib.
04 iyun 2025-ci il tarixində Xocavənd qəsəbəsində Xocavənd Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Aparatın əməkdaşları, qəsəbədə məskunlaşan rayon sakinləri iştirak etmişdir.
Görüşdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirdi ki, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycan özünün zəngin və çoxəsrlik tarixi ərzində ən xoşbəxt günlərini yaşayır. Başçı Azərbaycan, Türkiyə və Pakistan arasındakı dostluq münasibətlərinə diqqət çəkərək bildirdi ki, əlaqələrin əsasını xalqlarımızın ortaq tarixi, dini-mənəvi dəyərləri və bir-birinə olan sarsılmaz bağlılığı təşkil edir. Tarixi köklərə dayanan bu münasibətlər zamanın sınaqlarından keçərək daim güclənib və müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında da Azərbaycanın, Türkiyənin və Pakistanın hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olduğunu önə çəkərək 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirdi. Başçı bildirib ki, Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub.
Sakinlərin fəallığı ilə keçən görüşdə vətəndaşların çıxış və müraciəti dinlənildi, onlar son vaxtlarda Qarabağda və Şərqi Zəngəzurda aparılan abadlıq və quruculuq işlərinə, həmçinin onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə etdilər.
Keçidlər