Rayonun dəyərli müəllimləri Famlet Quliyev və Məhərrəm Nəsirovla görüş keçirilmişdir.
05 noyabr 2022 | 11:22
Rayonun dəyərli müəllimləri Famlet Quliyev və Məhərrəm Nəsirovla görüş keçirilmişdir.
04 noyabr 2022-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin akt zalında rayonun dəyərli müəllimləri Famlet Şirinov və Məhərrəm Nəsirovla görüş keçirilmişdir. Tədbirdə Vətən uğrunda canından keçən Şəhid müəllimlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilmişdir. Daha sonra hər iki müəllimin həyatı və pedaqoji fəaliyyətindən bəhs edən video-rolik nümayiş olunmuşdur.Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirdi ki, şam kimi özünü əridərək başqalarına işıq verən, savadı, əxlaqı, mənəviyyatı, mədəniyyəti, vətənpərvərliyi ilə hər kəsin qəlbində taxt quran çox dəyərli iki müəllimimizin Famlet müəllim və Məhərrəm müəllimin örnək olan həyat yoluna və pedaqoji fəaliyyətinə nəzər salmaq, köhnə xatirələri canlandırmaqdır məqsədimiz. "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”,-deyirdi Ulu öndər. Həyatımız boyu borcundan çıxa bilməyəcəyimiz insandır müəllim! Hər bir uğurlu həyat salnaməsinin ən şərəfli səhifələrində elə müəllim adları var ki, qızıl xətlə yazılır. Həmçinin, adı bu səhifələrə düşən müəllimlərin ömür tarixçəsində böyük şəxsiyyətlərin adları yer alır. Məhərrəm müəllim və Famlet müəllim məhz həmin müəllimlərdəndilər. Xocavəndin neçə-neçə ziyalısının həyat səlnaməsində məhz bu iki pedaqoqun adı var. Başçı hər iki müəllimin şagirdi olmağından qürur hissi keçirdiyini bildirdi.
Tədbirdə çıxış edənlər müəllim peşəsi ilə bağlı ürək sözlərini və qocaman müəllimlərlə bağlı xatirələrindən danışdılar.
Sonda hər iki müəllimə hədiyyələr və Rayon İcra Hakimiyyəti başçısının Təşəkkürnaməsi təqdim edildi.