Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri tərəfindən şəhid ailələri ziyarət olunur

05 noyabr 2026 | 09:14
Rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri tərəfindən şəhid ailələri ziyarət olunur.
8 Noyabr – Zəfər Günü ilə bağlı təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri tərəfindən şəhid ailələrinin ziyarət edilməsi və onlara mənəvi-sosial dəstəyin göstərilməsi intensiv şəkildə davam etdirilir.
Ziyarətlər çərçivəsində təhsil, səhiyyə, mədəniyyət və digər dövlət qurumlarının əməkdaşları Vətənimizin azadlığı, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman övladlarımızın evlərini baş çəkir, onların əziz xatirəsini ehtiramla yad edirlər.
Keçirilən görüşlərdə şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan, şücaət və mərdliyindən bəhs olunur, onların qəhrəmanlıq salnaməsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük örnək olduğu vurğulanır. İdarə və müəssisə rəhbərləri şəhid valideynləri və ailə üzvlərinin qayğıları, ehtiyacları ilə maraqlanır, onları narahat edən məsələlərin operativ həlli üçün lazımi tədbirlər görürlər.
Şəhid ailələri dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya, eləcə də Zəfər Günü ərəfəsində xatırlandıqlarına görə ölkə rəhbərliyinə və rayon ictimaiyyətinə dərin minnətdarlıqlarını bildirirlər.
Keçidlər