Rayonun ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib
14 iyun 2024 | 09:36
Rayonun ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib
İyunun 14-də Xocavənd rayonunun bütün ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib. Bütün ümumtəhsil məktəblərində Rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak etmişlər.
Salakətin kənd tam orta məktəbində keçirilən “Son zəng” tədbirində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov , məktəbin müəllim-şagird kollektivi, valideynlər iştirak edib.
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov məzunları “Son zəng” münasibətilə təbrik edib, onlara gələcək həyat və təhsillərində nailiyyətlər arzulayıb. İcra başçısı son illər gənclərin təhsil sahəsində yüksək nailiyyətlər əldə etdiyini qeyd edərək məzunların layiqli mütəxəssis kimi yetişəcəyinə, onların işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma işlərinə öz töhfələrini verəcəklərinə əminliyini ifadə edib
Digər çıxış edən natiqlər də məktəbin pedaqoji kollektivinə və şagirdlərə xoş arzularını bildiriblər.
Tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirilib.