Şriftin ölçüsü :

Saytın rəngi :

"Rəqəmsal dünyanı kəşf edək" adlı təlim keçirilib.

09 yanvar 2024 | 09:41
"Rəqəmsal dünyanı kəşf edək" adlı təlim keçirilib
Xocavənd rayon İcra Hakimiyyətinin akt zalında "Rəqəmsal dünyanı kəşf edək" adlı təlim keçirilib. Təlimdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, İT mütəxəssisi Babək Eyyublu, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri və gənclər iştirak edib. Tədbirdə bildirilib ki, Azərbaycanda hazırda IT sahəsində proqramçı və digər peşələr üzrə nisbətən daha çox kadr olduğu halda, həmin şəxslərə işi verəcək olan şəxs, yəni biznes analitik demək olar ki, say etibarilə çox azdır. Və keyfiyyət/kəmiyyət nisbətinə baxdıqda isə bunun daha da azaldığını müşahidə edirik. Məhz buna görə də tətbiq edilən informasiya texnologiyaları layihələrində son istifadəçilərin daim əziyyət çəkməsi və digər buna bənzər halların şahidi oluruq. Bütün bunların qarşısını almaq üçün tələbələrin, şagirldərin bu sahəyə olan marağını artırmaq üçün mövzu ilə bağlı maarifləndirməyə ehtiyac var .
Təlimin mövzu kontenti aşağıdakı kimi olmuşdur.
- Mən kiməm?
- Biznes analitika nədir?
- Biznez analitik kimdir?
- İş imkanları
- Kimlər Biznes analitik ola bilər?
- Hansı sektorlarda çalışmaq mümkündür?
- Əsas bazar oyunçuları olan şirkətlərdə necə işləyə bilərik?
- Öyrənməli olduqlarımız nələrdir?
- Texniki bacarıqlar
- Yumşaq bacarıqlar
- Nə qədər zaman lazımdır?
- Haradan başlayaq?
Təlim gənclərlə maraqlı müzakirə şəklində davam edib.
Keçidlər