Şriftin ölçüsü :

Saytın rəngi :

"Rəqəmsal Icra Hakimiyyəti" portalı ilə bağlı maarifləndirmə tədbiri keçirilmişdir.

02 fevral 2023 | 10:43
  "Rəqəmsal Icra Hakimiyyəti" portalı ilə bağlı maarifləndirmə tədbiri keçirilmişdir.
  “Rəqəmsal icra hakimiyyəti” portalı yerli icra hakimiyyətlərində “ASAN standartları”nın tətbiq edilməsi çərçivəsində həyata keçirilir. Layihə “Rəqəmsal icra hakimiyyəti” portalı vasitəsilə yerli icra hakimiyyətləri tərəfindən göstərilən bir sıra xidmətlərin onlayn rejimdə təqdim edilməsi ilə yanaşı, yerli icra hakimiyyətləri tərəfindən göstərilən xidmətlərin fiziki formatda “ASAN” standartlarına uyğun olaraq vətəndaşlara təqdim edilməsini əhatə edir.
   Tədbirdə rayon idarə və təşkilatların rəhbərləri iştirak etdilər. Başçının müavini Əfsanə Quliyeva Xocavənd rayonunda da rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsi, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsi istiqamətində görülən işlərin vacibliyindən bəhs elədi. Həmçinin əhali arasında “Rəqəmsal icra hakimiyyəti” portalının geniş tanıdılmasının vacibliyini vurğuladı.
Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşları Asim Rüstəm və Samir Əyyublu isə “Rəqəmsal icra hakimiyyəti” portalının fəaliyyət istiqamətləri, o cümlədən vətəndaş qəbulu, elektron xidmətlər, E-iştirakçılıq, məlumatlandırma bölmələri haqqında ətraflı məlumat verdilər.
Qeyd edək ki, “Rəqəmsal icra hakimiyyəti” portalı – (rih.gov.az) icra hakimiyyətləri tərəfindən göstərilən bir sıra xidmətləri rəqəmsal formatda vətəndaşlara təqdim edir, habelə icra hakimiyyətlərinə görüş üçün elektron formatda müraciət və aktual mövzular haqqında sorğular formalaşdırmaq imkanı yaradır. Portalın ərsəyə gətirilib istifadəyə verilməsində məqsəd, müasir elektron imkanlardan istifadə edərək, vətəndaş və icra hakimiyyəti arasında mövcud olan qarşılıqlı münasibətlərin keyfiyyətinin, çevikliyinin, şəffaflığının, əlçatanlığının artırılaraq nəticədə vətəndaş məmnunluğunun təmin edilməsidir. Portalda təklif edilən elektron xidmətlərdən istifadə sayəsində hər iki tərəf vaxta qənaət edəcək və bu eyni zamanda müəyyən izafi xərclərin aradan qalxmasına gətirib çıxaracaq. Hazırda portalda sırf vətəndaşlara aid olan 3 modul üzrə elektron xidmətlər təklif olunmaqdadır. Bunlar aşağıdakılardır:
1. Vətəndaşların online yaxud yerində qəbulu üçün müraciət modulu
2. İcra hakimiyyəti tərəfindən verilən xidmətlərə müraciət modulu
3. E-iştirakçılıq (icra hakimiyyəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələrə vətəndaşların online rəy, şərh yazaraq münasibət bildirmələri) modulu.
Habelə, vətəndaşlar portaldan istifadə edərək “təklif” və “şikayətlər” bölməsindən online qaydada icra hakimiyyətinə müraciətlərini göndərərək online qaydada geri cavab əldə edə bilərlər. Bütün yuxarıda qeyd olunan elektronlaşdırılmış xidmətlərdən faydalanmaq üçün, vətəndaş ilk növbədə www.rih.gov.az ünvanına daxil olmalıdır. Daxil olduqdan sonra, sağ üst küncdə yerləşən “Daxil ol” bölməsini sıxaraq www.asanlogin.my.gov.az saytında “İdentifikasiya nömrəsi ilə” yazılan hissədən istifadə edərək “Qeydiyyatdan keçməlidir”. Vətəndaş qeydiyyatdan keçdikdən sonra, www.rih.gov.az saytı vasitəsilə “Şəxsi kabinetinə” daxil olaraq, təklif olunan istənilən xidmətdən istifadə etməkwww.rih.gov.azək imkanına malik olacaq. “Asan imza” yaxud “Elektron imzası” olan vətəndaşlarımız yenidən (təkrar) “Qeydiyyatdan keçmədən” elektron şəxsi imzasına aid məlumatlardan istifadəwww.rih.gov.aza “Şəxsi kabinetlərinə” daxil ola bilmə imkanına malikdirlər.
Portal vasitəsilə icra hakimiyyətinə daxil olacaq istənilən elektron müraciət, hazırda qüvvədə olan qanunvericiliyin tələbləri istiqamətində cavablandırılması təmin ediləcək. Portalda qeydiyyatdan keçən vətəndaşlarımızdan istifadəçi və giriş üçün kodlarını məxfi saxlayaraq, növbəti istifadələr üçün mühafizə etmələri xahiş olunur. Unutmamaq lazımdır ki, müraciətlərə münasibətdə cavablar vətəndaşın şəxsi kabinetinə göndəriləcək. Odur ki, vətəndaş vaxtaşırı olaraq şəxsi kabinetinə daxil olub müraciətinə münasibəti yoxlaması vacibdir.
Keçidlər