Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı tədbir keçirilib

15 may 2025 | 10:59
Beynəlxalq Ailə Günü”nə həsr olunmuş “Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı tədbir keçirilib
15 may 2025-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti və Xocavənd Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə Xocavənd Rayon Mərkəzi Kitabxasında Beynəlxalq Ailə Günü”nə həsr olunmuş “Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı tədbir keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məmləkət İbrahimova çıxış edərək qeyd etdi ki, ailə tarixən xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi mühüm rol oynamışdır. Ailə nikah, qohumluq, ümumi maraq və qarşılıqlı mənəvi məsuliyyətin mövcud olduğu kiçik qrupdur. Başqa sözlə, ailə vahid qayə uğrunda birlikdə var olub çalışan üzvlərin, qohum-əqrəbaların cəmidir, onların yaşayış tərzində ən əhəmiyyətli yer tutan təməldir. Sağlam cəmiyyətin, güclü dövlətin formalaşması və inkişafında mühüm vasitə olan ailə insanların bütün yaş dövrlərində ehtiyac duyduğu ən ali dəyərdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1993-cü ildə hər il may ayının 15-nin “Beynəlxalq Ailə Günü” kimi qeyd olunması barədə qərar qəbul etmişdir. 1994-cü ildən etibarən isə 15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Beynəlxalq Ailə Gününün təsis edilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini müasir ailə ilə bağlı problemlərə cəlb etməkdir. Bununla beynəlxalq səviyyədə ailələr, onların rifahı, ailənin risk altına düşməsinin qarşısının alınması, həyat şəraitinin yaxşılaşdırılması kimi məsələləri gündəliyə gətirmək nəzərdə tutulub. Bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir Beynəlxalq Ailə Günü ailə dəyərlərinin üstün olduğu ölkəmizdə də 2008-ci ildən qeyd olunur. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər milli mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq demişdir: “Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur”.
Daha sonra Mərkəzi kitabxananın əməkdaşı Şuruzadə Ülviyyə çıxış edərək qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Dövlət başçımız İlham Əliyev müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirərək demişdir: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır”.
Bu gün ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu inkişafını tapmışdır. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapmaqdadır.
Keçidlər