Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam cəmiyyət naminə zorakılığa qarşı 16 gün” mövzusunda tədbir keçirilib

08 dekabr 2025 | 10:45
“Sağlam cəmiyyət naminə zorakılığa qarşı 16 gün” mövzusunda tədbir keçirilib.
8 dekabr 2025-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti və Xocavənd Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin əməkdaşlarının iştirakı ilə “Sağlam cəmiyyət naminə zorakılığa qarşı 16 gün” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məmləkət İbrahimova məişət zorakılığının yaranma səbəbləri,qadınlara qarşı zorakılıq, gender əsaslı zorakılıqla mübarizə, ailələrdə məişət zorakılığı hallarının qarşısının alınması və məişət zorakılığına məruz qalmış şəxslərin hüquq və mənafelərinin qorunması, erkən nikah hallarının qarşısının alınması ilə bağlı ətraflı məlumat verərək qeyd etmişdir ki, “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” hər il 25 noyabr (Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü) -10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır. Bütün dünyada fərdi şəxslər və təşkilatlar “16 günlük kampaniya” kimi geniş şəkildə tanınan bu tədbir vasitəsilə hər kəsi qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırır. Azərbaycanda gender əsaslı zorakılığın qarşısının alınması ilə bağlı dövlət əsaslı işlər görür. Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalara riayət olunması ilə bağlı bir sıra öhdəliklər götürdü. Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davamı olaraq 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edildi, qadın hüquqlarının qorunması, xüsusi ilə də məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradıldı. Qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizəyə dair Azərbaycan Respublikasi Milli Məclisinin Bəyanatı, Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Qanun, tərəfdar çıxdığımız Beynəlxalq Müqavilələr və digər normativ aktlarla tənzimlənən Gender (kişi və qadınların) bərabərliyi, gender əsaslı zorakılığın qarşısının alınması istiqamətində dövlət siyasəti uğurla həyata keçirilir. Rayon İcra Hakimiyyəti aidiyyəti dövlət orqanları ilə birgə rayon sakinləri arasında Gender (kişi və qadınların) bərabərliyi, gender əsaslı zorakılığın qarşısının alınması mövzusunda mütəmadi maarifləndirici tədbirlər həyata keçirir, gender əsaslı zorakılığa məruz qalması ehtimal olunan şəxsləri daim nəzarətdə saxlayır. Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün qaynar xətt xidməti təşkili edilmiş, məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlər gücləndirilib.
Keçidlər