Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam həyat naminə narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilmişdir.

22 iyun 2022 | 15:20
  “Sağlam həyat naminə narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilmişdir.
  22 iyun 2022-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin akt zalında 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Sağlam həyat naminə narkomaniyaya yox deyək” mövzusunda dəyirmi masa keçirilib.
  Rayon İcra Hakimiyyətinin,hüquq mühafizə orqanları təmsilçilərinin, rayon ictimaiyyətinin, səhiyyə işçilərinin, fəal gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini -İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Quliyeva Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının gördüyü işlərdən danışıb, narkomaniya və onun cəmiyyətdə törətdiyi fəsadlar haqqında ətraflı məlumat verib. Natiq çıxışında bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirdi.
  Toplantıda çıxış edən rayon Polis Şöbəsinin rəis müavini Oqtay Hacıyev rayon polis şöbəsinin apardığı narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış, mübarizə profilaktika tədbirləri barədə, Rayon Mərkəzi Xəstəxanasının həkimi Cavid Tahirov narkotik maddələrin insan sağlamlaığına zərərlər barədə danışmışlar.
  Daha sonra tədbirdə rayon Gənclər və İdman idarəsinin rəisi Aslan Quliyev Yetkinllik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın aparıcı məsləhətçisi Orxan Həsənov çıxış edərək “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”nın rayonda uğurla həyata keçirildiyini, bundan sonra da geniş ictimaiyyətin bu bəşəri bəla ilə mübarizəyə cəlb olunmasının vacibliyi bildirmiş, narkomaniyanın qarşısının alınması üçün hamılıqla mübarizə aparılmalı olduğunu vurğulamışlar. Narkomaniyanın cəmiyyət üçün böyük bəla olduğunu və onun “ağ ölüm” adlandırıldığını vurğulayan çıxışçılar gəncləri bu bəladan yaxa qurtarmaq üçün narkomaniyaya düçar olmuş insanları doğru yola çəkməyə, onlara kömək etməyə çağırıblar.
Tədbir qarşılıqlı müzakirə şəklində davam etmişdir.
Keçidlər