Sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirmə görüşü keçirilmişdir
Xocavənddə əhalinin yaş kateqoriyaları, sosial-iqtisadi və gender amillərinə uyğun olaraq, sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirilmə və məlumatlandırılma məqsədi ilə monitorinq aparılmışdır.
Azərbaycan Respubikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.3.7.4 bəndinin icrası ilə bağlı Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə əhalinin yaş kateqoriyaları, sosial-iqtisadi və gender amillərinə uyğun olaraq, sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı 03 oktyabr 2025-ci il tarixdə Qaradağlı kənd tam orta məktəbində maarifləndirmə görüşü keçirilmişdir.






