Şriftin ölçüsü :

Saytın rəngi :

Sağlam həyat tərzi və ətraf mühitin insan sağlamlığına təsiri barədə gənclərin maarifləndirilməsi və məlumatlandırılması məqsədi ilə maarifləndirici aksiya keçirmişdir.

30 sentyabr 2022 | 17:35

  Xocavənd Rayon Icra Hakimiyyəti və Xocavənd Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 29 sentyabr 2022-ci il tarixdə sağlam həyat tərzi və ətraf mühitin insan sağlamlığına təsiri barədə gənclərin maarifləndirilməsi və məlumatlandırılması məqsədi ilə maarifləndirici aksiya keçirmişdir. Aksiya çərçivəsində Xocavənd Rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin əməkdaşları və gənc könüllülərdən ibarət işçi qrup Xocavənd rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları Xocavənd 500 ailəlik, Xocavənd 320 ailəlik və 146 ailəlik məcburi köçkün qəsəbələrinin ayrı-ayrı küçələrində, xüsusilə, vətəndaşların sıx olduğu yerlərdə sakinlərlə maarifləndirici söhbətlər aparmış, sağlam həyat tərzi və davranış risk amilləri barədə maarifləndirici bukletlər paylanmışdır. Aksiyaya 83 nəfər cəlb olunmuşdur.

Keçidlər