Sağlam həyat tərzinin formalaşdırılması
30 oktyabr 2025 | 16:20
30 oktyabr 2025-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının “2022-2026-cı illərdə sosial iqtisadi inkişaf strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq, Sağlam həyat tərzi və davranış risk amilləri barədə sağlam həyat tərzinin formalaşmasında insan sağlamlığına müsbət təsir edən amillər və ziyanlı vərdişlərin sağlamlığa göstərdiyi mənfi təsirlərin əks olunduğu maarifləndirici materiallar hazırlanaraq əhalinin sıx olduğu yerlərdə sakinlərə paylanmışdır.






