Sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirici tədbir həyata keçirilib
Sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirici tədbir həyata keçirilib.
Ümumtəhsil müəssisəsində şagirdlər və müəllim heyəti arasında sağlam həyat tərzinin təbliği, sağlamlığın qorunması və sağlam davranış vərdişlərinin formalaşdırılması məqsədilə maarifləndirmə işi aparılıb. Maarifləndirmə tədbiri çərçivəsində sağlam qidalanma, şəxsi gigiyena qaydalarına riayət olunması, fiziki aktivliyin artırılması, düzgün yuxu rejiminin təşkili, psixoloji sağlamlığın qorunması və zərərli vərdişlərdən uzaq durmağın əhəmiyyəti diqqətə çatdırılıb. Şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınaraq sağlam həyat tərzinə dair müxtəlif informativ məlumatları özündə əks etdirən maarifləndirici buklet hazırlanıb. Bukletlər şagirdlərə paylanılaraq onların sağlam həyat tərzi, sağlamlığın qorunması və gündəlik həyatda düzgün vərdişlərin tətbiqi ilə bağlı məlumatlılığının artırılması hədəflənib. Həyata keçirilən tədbirin əsas məqsədi şagirdlərdə sağlamlığa məsuliyyətli münasibət formalaşdırmaq, sağlam həyat tərzini təşviq etmək və sağlam gələcəyin təməlini təşkil edən düzgün həyat vərdişlərini aşılamaqdır.






