Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam nəsil, parlaq gələcək” mövzusunda tədbir keçirilmişdir

02 oktyabr 2025 | 14:47

“Sağlam nəsil, parlaq gələcək” mövzusunda tədbir keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və bununla bağlı müvafiq Tədbirlər Planına uyğun olaraq 02 oktyabr 2025-ci  il tarixdə  Salakətin kənd tam orta məktəbində sözügedən Tədbirlər Planının 3.3.7.1-ci  bəndinin icrası ilə bağlı “Sağlam nəsil, parlaq gələcək” mövzusunda tədbir keçirilmişdir .Tədbirdə çıxış edən məktəb direktoru Rəmziyyə Aslanova qeyd etmişdir ki, Sürətli həyat tempi, ekologiyanın pisləşməsi, informasiya və texniki xarakterli gərginliyin artması orqanizmə mənfi təsir göstərir. Ona görə də sağlamlığı qorumaq qaydalarını bilmək və ona əməl etmək vacibdir. Düzgün qidalanma sağlam həyat tərzinin ilkin şərtlərindən biridir, çünki vitamin, mikroelement və həyat enerjisini qidalardan alırıq. Bunu nəzərə alaraq kalorili, faydalı və ekoloji cəhətdən təmiz qidalar qəbul edilməsinə xüsusi fikir vermək lazımdır. Qidanın normadan artıq qəbul edilməsi xoşagəlməz hallara səbəb ola bilər.Gün ərzində 2-3 litr maye qəbul edilməlidir. Yeməkdən yarım saat əvvəl su içmək lazımdır, yemək əsnasında və qidalanmadan dərhal sonra su içilməməlidir. Erkən yaşlardan fiziki cəhətdən fəal həyat sürmək vacibdir. Buraya idman, qaçış, üzgüçülük, hərəkətli oyunlar və s. daxildir. Müsbət fikirlər və nikbin əhvali-ruhiyyə sağlamlıq üçün əhəmiyyətlidir. Elmi təcrübələr göstərir ki, optimistlər daha uzun və xoşbəxt ömür sürürlər. Zərərli vərdişlərdən uzaq olmaq da sağlamlığa zəmanətdir. Ümumiyyətlə, zərərli vərdişlər həyat fəaliyyətinin aşağı düşməsinə ciddi təsir göstərən səbəblərdən sayılır. Meşədə, təmiz havada gəzmək, günəş vannası qəbul etmək də çox faydalıdır. Elementar gigiyenik qaydalara əməl etmək, vaxtlı-vaxtında tibbi müayinələrdən keçmək də sağlam həyat tərzinin bir parçasıdır.

Keçidlər