Şriftin ölçüsü :

Saytın rəngi :

Şahmat üzrə Xocavənd rayon birinciliyi keçirilib

01 iyul 2024 | 09:20
    Şahmat üzrə Xocavənd rayon birinciliyi keçirilib.
​  01 iyul 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti, Xocavənd Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili " çərçivəsində Xocavənd 320 ailəlik qəsəbədə 16 yaşadək oğlan və qızlar arasında şahmat üzrə Xocavənd rayon birinciliyi keçirilib. Rayonda şahmatı daha da inkişaf etdirmək və təbliğ etmək, şahmatçılar arasında idman və dostluq əlaqələrini möhkəmləndirmək, perspektivli şahmatçıları aşkar etmək məqsədi ilə keçirilən yarışda 46 şahmatçı mübarizə aparıb. Sonda 16 yaşadək oğlan və qızların iştirak etdiyi rayon birinciliyinin qalibləri diplomlarla təltif olundular.
Keçidlər