Şriftin ölçüsü :

Saytın rəngi :

Salakətin kənd tam orta məktəbində  məktəb psixoloqları ilə görüş keçirilmişdir.

11 oktyabr 2023 | 12:11

  11 oktyabr 2023-cü il tarixdə Salakətin kənd tam orta məktəbində  məktəb psixoloqları ilə görüş keçirilmişdir. Görüş zamanı  məktəbin tədris və tərbiyə müəssisəsi olduğu,psixoloqların şagirdlərin vətəndaş kimi yetişdirilməsində, təhsil prosesində nə qədər əhəmiyyətli rol oynadığı vurğulanaraq qeyd olunmuşdur ki, istənilən sosial mühitdə psixologiyası zəif və psixoloji yardıma ehtiyacı olan insanlar mövcuddur. Bu sinifdən olan şəxslərin cərgəsində ən təhlükəli, eyni zamanda yardıma ehtiyacı olanlar uşaqlar və yeniyetmələrdir. Çünki bu yaşlarda yaranan zədələr gələcək illərdə daha böyük fəsadlara səbəb ola bilər. Bu səbəbdən psixoloqların üzərinə çox çətin, məsuliyyətli iş düşdüyü bildirilmişdir. Sonda görüşün təşkilatçıları tərəfindən məktəb psixoloqlarına məktəblərdə psixoloji işin təşkili barəsində tövsiyyələr verilmişdir.

Keçidlər