“Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti iməcilik keçirilib
13 mart 2026 | 17:03
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti iməcilik keçirilib.
Xocavənd qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Novruz bayramı öncəsi növbəti iməcilik keçirilib. Keçirilən iməcilik zamanı ərazilər məişət tullantılarından, alaq otlarından, qurumuş ağac və gül kollarından təmizlənib, abadlıq işləri aparılıb, yeni ağac və gül kolları əkilib.
İməciliyin keçirilməsində əsas məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək, ətraf mühitin qorunmasına və ekoloji maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.






