Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Rayonumuzun memarlıq irsi və gələcək inkişaf perspektivləri” mövzusunda tədbir keçirilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Rayonumuzun memarlıq irsi və gələcək inkişaf perspektivləri” mövzusunda tədbir keçirilib.
15 iyul 2026-cı il tarixdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Rayonumuzun memarlıq irsi və gələcək inkişaf perspektivləri” mövzusunda tədbir keçirilib. Tədbirin əsas məqsədi rayonun memarlıq irsinin qorunması, tarixi və mədəni əhəmiyyət daşıyan tikililərin təbliği, şəhərsalma və memarlıq sahəsində görülən işlərin ictimaiyyətə çatdırılması, eləcə də rayonun gələcək inkişaf perspektivlərinin müzakirəsi olub. Tədbirdə rayonun memarlıq tarixini əks etdirən nümunələr, tarixi-mədəni irsin mühafizəsinin əhəmiyyəti, müasir şəhərsalma prinsipləri və gələcək inkişaf zamanı memarlıq irsinin qorunması məsələləri diqqət mərkəzində olub. Çıxışlar zamanı rayonun tarixi simasının qorunmasının, yeni şəhərsalma layihələrinin həyata keçirilməsi zamanı milli memarlıq ənənələri ilə müasir yanaşmaların uzlaşdırılmasının vacibliyi vurğulanıb. Həmçinin ərazinin dayanıqlı və müasir inkişafının təmin olunması, ictimai məkanların abadlaşdırılması və şəhər mühitinin estetik görünüşünün yaxşılaşdırılması istiqamətində görülə biləcək işlər barədə fikir mübadiləsi aparılıb. Tədbir çərçivəsində iştirakçıların təklifləri dinlənilib, rayonun memarlıq irsinin gələcək nəsillərə çatdırılması və inkişaf perspektivləri ilə bağlı müzakirələr keçirilib. Sonda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində bu istiqamətdə maarifləndirici tədbirlərin və ictimai müzakirələrin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.






