Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Abdullayev Turalın doğum günü münasibətilə anım tədbiri keçirilmişdir.

09 fevral 2024 | 17:03
   Şəhid Abdullayev Turalın doğum günü münasibətilə anım tədbiri keçirilmişdir.
  09 fevral 2024-cü il tarixdə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayon Tuğ kənd sakini Abdullayev Tural Bəylər oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları iştirak etmişlər. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir bir dəqiqəlik sükutla yad edilmişdir.
   Anım mərasimində çıxış edənlər Vətən müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olmuş Abdullayev Tural Bəylər oğlunun döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş, Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlıqlarını ifadə etmişlər. Tural Abdullayev kimi qəhrəman övladların igidliyi, qəhrəmanlığı, şücaəti nəticəsində 30 illik vətən həsrətinə son qoyulduğu tədbir iştiraçılarının diqqətinə çatdırılmışdır.
   Tədbirdə Salakətin kənd tam orta məktəbinin şagirdləri bədii kompozisiya ilə çıxış etmişlər.
Keçidlər