Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Abdullayev Turalın və Şəhid Yusif Əhmədovun xatirəsi yad edilib.

29 oktyabr 2023 | 09:38
      Şəhid Abdullayev Turalın və Şəhid Yusif Əhmədovun xatirəsi yad edilib.
    29 oktyabr 2023-cü il tarixdə Xocavənd qəsəbəsində Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayon Tuğ kənd sakini Abdullayev Tural Bəylər oğlunun anım günü və antiterror əməliyyatları zamanı Şəhid olmuş "Azərbaycan Bayrağı" ordenli Yusif Əhmədovun şəhadətə yüksəlməsinin 40-cı günü ilə bağlı tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və 44 gün davam edən Vətən müharibəsi rəşadətli Ordumuzun qələbəsi ilə başa çatmışdır. E. Hüseynov Vətən müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olmuş Abdullayev Tural Bəylər oğlunun və antiterror əməliyyatları zamanı şəhid olmuş Yusif Əhmədovun döyüş yolu barədə tədbir iştirakçılarına ətradflı məlumat vermişdir. Şəhidlərin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirmişdir.
   Tədbirdə Vətən müharibəsi qazisi Vüqar Səfərov, Aprel, Vətən müharibəsi və antiterror əməliyyatları iştirakçısı Adil Axundzadə çıxış edərək 44 günlük Zəfər tariximizdən, antiterror əməliyyatlarından geniş söhbət açmış , Şəhidlərimizin canı, qanı hesabına qazandığımız qələbənin Azərbaycan tarixinin ən şanlı səhifəsi kimi dəyərləndirmişlər. Natiqlər Şəhidlərin keçdikləri şərəfli ömür yolunun daim təbliğ olunmasını və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulamışlar.
    Sonda Tuğ kənd tam orta məktəbinin sagirdləri şeirlər səsləndirmişlər.
Keçidlər