Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri Novruz bayramı münasibətilə təbrik edilib

19 mart 2024 | 11:08
Şəhid ailələri Novruz bayramı münasibətilə təbrik edilib.
Xocavənd Rayon İcra Hakimiyyəti və rayonunun idarə, təşkilatları tərəfindən Novruz bayramı ərəfəsində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş döyüşçülərin ailələri ziyarət olunub . Şəhidlərin ailə üzvləri Novruz bayramı münasibətilə təbrik edilib, onlara bayram sovqatları təqdim olunub.
Görüşlərdə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, barələrində xoş təəssüratlar danışılıb. Vurğulanıb ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir. Şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün örnəkdir. Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.
Həmçinin bildirilib ki, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin ailələrinə, həmçinin müharibə əlillərinə göstərilən diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görürlər.
Şəhid ailələri dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər