Şəhid ailələrinin ziyarəti davam edir
25 sentyabr 2025 | 16:24
Şəhid ailələrinin ziyarəti davam edir.
27 Sentyabr Anım Günü ilə bağlı Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 25 sentyabr 2025-ci il tarixdə 44 günlük Vətən müharibəsində şəhid olmuş Xocavənd rayonunun Muğanlı kənd sakini hərbi qulluqçu Quliyev Şirxan İsmixan oğlunun ailəsinə ziyarət təşkil edilib.
Şəhidlərimizin xatirəsini əziz tutmaq, onların keçdiyi şərəfli döyüş yolunu gənclərə nümunə göstərərək onların vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini gücləndirmək, şəhid ailələrinə ehtiram göstərmək məqsədi ilə keçirilən görüşdə şəhidin əziz xatirəsi yad olunub, onun həyatı və keçdiyi döyüş yolu haqqında söhbət aparılıb.
Görüşdə Xocavənd rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları və bir qrup fəal gənc iştirak edib.
44 günlük Vətən müharibəsinin ilk günündən döyüşlərə atılmış Şirxan düşmənin xeyli sayda canlı qüvvəsinin məhv edilməsində, post və istehkamlarının dağıdılmasında fəal iştirak etmişdir. 07 noyabr 2020-ci ildə Şuşa şəhərinin işğaldan azad olunması uğrunda gedən ağır döyüşlərdə xüsusi şücaət göstərərək şəhid olmuşdur.
Şirxan Quliyev "Vətən uğrunda", “İgidliyə görə”, "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.






