Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Balakişiyev Qara Əmirxan oğlunun doğum günü münasibətilə tədbir keçirilib

11 iyul 2025 | 17:59
Şəhid Balakişiyev Qara Əmirxan oğlunun doğum günü münasibətilə tədbir keçirilib.
11 iyul 2025-ci il tarixində Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Balakişiyev Qara Əmirxan oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Allah rəhmət eləsin!
Keçidlər