Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Fərəcov Zülfüqar Müseyib oğlunun ailəsi Qaradağlı kənd tam orta məktəbinin bir qrup müəllim və şagird kollektivi tərəfindən ziyarət olunub.

28 dekabr 2023 | 15:42
  44 günlük Qarabağ müharibəsi şəhidi Fərəcov Zülfüqar Müseyib oğlunun ailəsi Qaradağlı kənd tam orta məktəbinin bir qrup müəllim və şagird kollektivi tərəfindən ziyarət olunub.
  Şəhid Fərəcov Zülfüqar Museyib oğlu – 27 Aprel 1977-ci ildə Xocavənd rayonu Əmirallar kəndində anadan olmuşdur. 1983-1992-ci illərdə orta təhsil almış,1995-1998-ci illərdə isə həqiqi hərbi xidmətdə olmuşdur. Bir müddət “Qarabağ Taxıl” Məhdud Məsuliyyətli Cəmiyyətində sonralar isə Xocavənd rayon suvarma sistemləri idarəsində işləmişdir. 2014-cü ildən müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yazılmış, 2016-ci ilin Aprel döyüşlərində aktiv iştirak etmişdir. O, "İstiqlal" sanyper silahından ustalıqla istifadə etməyi bacarırdı. Fərəcov Zülfüqar N saylı hərbi hissənin, həmlə taborunun tərkibində Vətən müharibəsinin ilk günündən döyüşlərə atılmış, düşmənin xeyli sayda canlı qüvvəsini məhv etmiş, post və istehkamlarının dağıdılmasında xüsusi şücayət göstərmişdir. O, 28 Sentyabr 2020-ci il tarixdə canını Vətən torpağı uğrunda fəda edərək müqəddəs Şəhidlik zirvəsinə ucalmışdır.
  Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Füzulinin azad olunması” “Vətən Uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. Şəhidin bir oğul yadigarı bizlərə əmanətdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Keçidlər