Şəhid Fərəcov Zülfüqar Müseyib oğlunun doğum günü münasibətilə tədbir keçirilmişdir
27 aprel 2025 | 09:11
Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Fərəcov Zülfüqar Müseyib oğlunun doğum günü münasibətilə tədbir keçirilmişdir.
27 aprel 2025-ci il tarixində Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayon Əmirallar kənd sakini Fərəcov Zülfüqar Müseyib oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.