Şəhid Quliyev Şirxan İsmixan oğlunun anım günü ilə bağlı tədbir keçirilmişdir.
07 noyabr 2022 | 09:39
Şəhid Quliyev Şirxan İsmixan oğlunun anım günü ilə bağlı tədbir keçirilmişdir.
07 noyabr 2022-ci il tarixində Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayonu Muğanlı kənd sakini Şəhid Quliyev Şirxan İsmixan oğlunun anım günü ilə əlaqədar Xocavənd qəsəbəsi Şəhidlər məzarlığında tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Anım mərasimində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və 44 gün davam edən Vətən müharibəsi rəşadətli Ordumuzun qələbəsi ilə başa çatmışdır. Başçı qeyd etmişdir ki, Vətən müharibəsində Xocavənd rayon sakinləri də fəal iştirak etmiş, 8 nəfər xocavəndli döyüş əməliyyatlarında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışlar. E. Hüseynov Vətən müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olmuş Xocavənd rayonu Muğanlı kənd sakini Şəhid Quliyev Şirxan İsmixan oğlunun döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirmişdir.
Tədbirdə çıxış edən Şəhidin döyüş yoldaşları onun qəhrəmanlığından danışmışlar.
Anım mərasimdə Şəhid Quliyev Şirxan İsmixan oğlunun Salakətin kənd tam orta məktəbində təhsil aldığı illərdə müəllimi olmuş Ramil Haqverdiyev çıxış edərək Şirxanı çox vətənpərvər istiqanlı, mehriban şagird kimi xatırladığını bildirmişdir. Bir vaxtlar dərs dediyi şagirdini bu gün Şəhid kimi xarakterizə etməkdə çətinlik çəkdiyini bildirən Ramil Haqverdiyev 44 günlük Vətən müharibəsində Şirxanla yanaşı Salakətin kənd tam orta məktəbinin məzunu olmuş daha 4 şagirdlərinin şəhid olduğunu vurğulayaraq, onlarla fəxr etdiyini və daim qürür duyduğunu bildirmişdir.
Sonda Salakətin kənd tam orta məktəbi şagirdlərinin şəhidlər haqqında söylədikləri şeir parçaları dinlənilmişdir.