Şəhid Şirxan Quliyevin xatirəsi yad edilib.
02 sentyabr 2025 | 16:20
Şəhid Şirxan Quliyevin xatirəsi yad edilib.
02 sentyabr 2025-ci il tarixində Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayon Muğanlı kənd sakini Quliyev Şirxan İsmixan oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir. Tədbirdə rayon ictimaiyyəti, idarə, müəssisə və təşkilatların nümayəndələri və şəhid ailələri iştirak etmişdir. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Quliyev Şirxan İsmixan oğlu ölümündən sonra “Vətən uğrunda”,”İgidliyə görə”,“Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan, düşmənə sinə gərən qeyrətli Vətən oğullarının əziz xatirəsini yaşatmaq və ehtiram göstərmək hər birimizin müqəddəs borcudur.
Allah rəhmət eləsin.






