Şəhid Tağıyev Elzamin Eyvaz oğlunun xatirəsi anılıb
11 avqust 2026 | 14:46
Şəhid Tağıyev Elzamin Eyvaz oğlunun xatirəsi anılıb.
11 avqust 2026-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Tağıyev Elzamin Eyvaz oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Şəhidlər məzarlığını ziyarət edərək şəhidlərin məzarları önünə qərənfillər düzüb, onların əziz və unudulmaz xatirəsinə ehtiramlarını ifadə ediblər. Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların ruhuna dualar oxunub, onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






