Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Tağıyev Elzamin Eyvaz oğlunun xatirəsi anılıb.

11 avqust 2025 | 16:22
   Şəhid Tağıyev Elzamin Eyvaz oğlunun xatirəsi anılıb.
  11 avqust 2025-ci il tarixdə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Tağıyev Elzamin Eyvaz oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Allah rəhmət eləsin!
Keçidlər