Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Yusif Əhmədovun xatirəsi yad edilib

22 dekabr 2025 | 16:10
Şəhid Yusif Əhmədovun xatirəsi yad edilib.
22 dekabr 2025-ci il tarixində lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş "Azərbaycan Bayrağı" ordenli Şəhidimiz Əhmədov Yusif Ələsgər oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında tədbir keçirilmişdir. Anım tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov , idarə , müəssisə, təşkilat müdirləri, şəhid ailələri, qazilər, Şəhidin döyüş yoldaşları iştirak edirdi. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq xatirələri yad edilmişdir.
Keçidlər