Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Yusif Əhmədovun xatirəsi yad edilib.

22 dekabr 2023 | 15:59
   Şəhid Yusif Əhmədovun xatirəsi yad edilib.
  Lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş Əhmədov Yusif Ələsgər oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında tədbir keçirilmişdir. Anım tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov , YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi Bəxtiyar Hümbətov, idarə , müəssisə, təşkilat müdirləri, şəhid ailələri, qazilər, Şəhidin döyüş yoldaşları iştirak edirdi. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
  Tədbirdə Şəhidin şərəfli döyüş yolundan danışılaraq onun əziz xatirəsi yad edilib. Vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin daim qəlblərdə yaşayacaqları, onların xatirələrinin hər zaman əziz tutulacağı vurğulanıb.
   Tədbir Xocavənd rayon Tuğ və Salakətin kənd tam orta məktəblərinin hazırladıqları bədii kompozisiya ilə davam edib.
Keçidlər