Şriftin ölçüsü :

Saytın rəngi :

 Şəhid Yusif Əhmədovun xatirəsi yad edilib

13 mart 2024 | 09:37
   Şəhid Yusif Əhmədovun xatirəsi yad edilib.
  Novruz bayramı ərəfəsində “Azərbaycan Bayrağı” ordenli Şəhidimiz Yusif Əhmədovun xatirəsi yad edilib. Anım tədbirində Şəhidin yaxınları, qazilər, döyüş yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
  Qeyd edək ki, Şəhid - Kiçik çavuş Əhmədov Yusif Ələsgər oğlu 22 dekabr 1989-cu ildə Xocavənd rayonu Günəşli kəndində anadan olmuşdur. 1997-ci ildə Azər Quliyev adına tam orta məktəbdə birinci sinifə getmiş, 2008-ci ildə orta təhsilini başa vurmuşdur. Elə həmin il hərbi xidmətə yollanmış, 2010-cu ildə xidmətini başa vuraraq ehtiyata buraxılmışdır. 2017-ci ildə müddətdən artıq hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıtmış, N saylı hərbi hissədə - həmlə taborunda baş atıcı kimi xidmətə başlamışdır. 26.01.2018 – 17.09.2018- ci ildən N saylı hərbi hissədə motoatıcı manqanın komandiri, 17.09.2018- 14.12.2019-cu ildə N saylı hərbi hissədə kəşfiyyat manqasının kəşfiyyatçısı, 14.12.2019 – cu ildən N saylı hərbi hissənin kəşfiyyat manqasının kəşfiyyatçısı olmuşdur.
  44 Günlük Vətən müharibəsində N saylı hərbi hissənin tərkibində uğurlu döyüş yolu keçmiş,Cəbrayıl, Xocavənd, Qubadlı istiqamətində gedən döyüşlərdə xüsusi igidlik nümayiş etdirmişdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və ”Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur.
  Əhmədov Yusif Ələsgər oğlu Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı sentyabırın 19-u Qəhrəmancasına Şəhid olmuşdur.
4 övladı Vətənə əmanətdir.
Keçidlər