Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Zülfüqar Fərəcovun xatirəsi yad edilib

24 aprel 2024 | 15:55
  Şəhid Zülfüqar Fərəcovun xatirəsi yad edilib.
 24 aprel 2024-cü il tarixində Şəhid Fərəcov Zülfüqar Müseyib oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
 Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və digər çıxış edənlər Vətən müharibəsində şəhidlərimizin qanının yerdə qalmadığını, tarixi bir qələbənin qazanıldığını və bu qələbədə hər bir əsgərin Vətən qarşısındakı borcunu şərəflə yerinə yetirdiyini söylədilər. Bildirildi ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.
Keçidlər