Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Zülfüqar Fərəcovun xatirəsi yad edilib

29 sentyabr 2026 | 15:18
Şəhid Zülfüqar Fərəcovun xatirəsi yad edilib.
29 sentyabr 2026-ci il tarixində Şəhid Fərəcov Zülfüqar Müseyib oğlunun anım günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Şəhid Fərəcov Zülfüqar Museyib oğlu – 27 aprel 1977-ci ildə Xocavənd rayonu Əmirallar kəndində anadan olmuşdur. 1983-1992-ci illərdə orta təhsil almış, 1995-1998-ci illərdə isə həqiqi hərbi xidmətdə olmuşdur. Bir müddət “Qarabağ Taxıl” Məhdud Məsuliyyətli Cəmiyyətində, sonralar isə Xocavənd rayon Suvarma Sistemləri İdarəsində işləmişdir. 2014-cü ildən müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yazılmış, 2016-ci ilin Aprel döyüşlərində aktiv iştirak etmişdir. O, "İstiqlal" snayper silahından ustalıqla istifadə etməyi bacarırdı. Fərəcov Zülfüqar N saylı hərbi hissənin həmlə taborunun tərkibində Vətən müharibəsinin ilk günündən döyüşlərə atılmış, düşmənin xeyli sayda canlı qüvvəsini məhv etmiş, post və istehkamlarının dağıdılmasında xüsusi şücaət göstərmişdir. O, 28 sentyabr 2020-ci il tarixdə canını Vətən torpağı uğrunda fəda edərək müqəddəs Şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Füzulinin azad olunması” “Vətən Uğrunda” və “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur. Şəhidin bir oğul yadigarı bizlərə əmanətdir.
Keçidlər