Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərimiz Qaradağlı kəndində dəfn olunub

12 iyul 2024 | 09:00
    Şəhidlərimiz Qaradağlı kəndində dəfn olunub.
   Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Dadaşov Uğur Eldar oğlu, Doluxanov Rəhim Məhkəmə oğlu, Tağıyev Telman Tevon oğlu, Abbasov Sərvər İldırım oğlu, Məmmədov Ədalət Şahmar oğlu və Mustafayev Qərib Həsrət oğlunun cəsədlərinin qalıqları Xocavənd rayonunun işğaldan azad edilmiş Qaradağlı kəndində dəfn olunub. Dəfn mərasimində insan izdihamı yaşanıb. Mərasimdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, hüquq -mühafizə orqanlarının rəhbərləri, mərhumların yaxınları, idarə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Keçidlər