Sosial xidmətlərə olan ehtiyacın müəyyən edilməsi və dövlət sifarişi ilə sosial xidmət sahəsində həyata keçirilən layihələrin şəbəkəsinin genişləndirilməsi mövzusunda tədbir keçirilmişdir
Sosial xidmətlərə olan ehtiyacın müəyyən edilməsi və dövlət sifarişi ilə sosial xidmət sahəsində həyata keçirilən layihələrin şəbəkəsinin genişləndirilməsi mövzusunda tədbir keçirilmişdir.
17 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli 4059 nömrəli “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamın 8.6.1 bəndinin (Azərbaycan Respublikasının regionları üzrə sosial xidmətlərə olan ehtiyacın müəyyən edilməsi və dövlət sifarişi ilə sosial xidmət sahəsində həyata keçirilən layihələrin şəbəkəsinin genişləndirilməsi məqsədilə müvafiq tədbirlər görülməsi) icrası ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Xocavənd rayonunda sosial xidmətlərə olan real tələbatın daha dəqiq müəyyən edilməsi və dövlət sifarişi əsasında həyata keçirilən sosial layihələrin şəbəkəsinin genişləndirilməsi, sosial rifahın gücləndirilməsi, vətəndaşlarımızın həyat keyfiyyətinin yüksəldilməsi və həssas qrupların dəstəklənməsindən bəhs edilmiş, eyni zamanda sosial ehtiyacların düzgün qiymətləndirilməsi, hədəfqrup yanaşmasının gücləndirilməsi və sosial xidmətlərin əlçatanlığının təmin edilməsiistiqamətində qarşılıqlı müzkirə aparılmışdır.






